Reşfordun qiyməti bilindi

Reşfordun qiyməti bilindi

“Mançester Yunayted” hücumçusu Markus Reşfordun qiymətini açıqlayıb.

Allsport.az xəbər verir ki, qırmızı şeytanlar 27 yaşlı futbolçunu 60 milyon avroya satmağa hazırdır.

Reşforda maraq göstərən klublar arasında “Barselona”, “​​Napoli”, PSJ, “Əl-Nəsr”, “Əl-Hilal”, “Əl-Əhli”, “Əl-İttihad”, “Əl-Qədisiyə” və “Arsenal” var.

Markusun “Mançester Yunayted”lə müqaviləsi 2028-ci ilin iyununa qədərdir. O, bu mövsüm bütün turnirlərdə 24 oyun keçirib, 7 qol vurub və 3 məhsuldar ötürmə edib.

Həmin kateqoriyadan