- Baxış sayı: 58
- 16 Oktyabr 2026 23:44
- Baxış sayı: 159
- Oktyabr 16, 2026
- 0

“Neftçi” daha bir futbolçunu heyətinə qatıb.
Allsport.az xəbər verir ki, ekvadorlu Cordan Rezabala artıq “ağ-qara” ailəsinin üzvüdür. 25 yaşlı hücumameyilli yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
Ekvadorun “İndependyente” klubunun yetirməsi olan Rezabala vətənindən başqa, Meksika liqasında da çıxış edib. 2024-cü ilin fevralından 2025-ci ilin fevralınadək “Sumqayıt”ın formasını geyinmiş Rezabala bir müddət baş məşqçi Samir Abbasovun rəhbərliyi altında da oynayıb. Cordan 17, 20 və 23 yaşadək futbolçulardan ibarət Ekvador millisinin şərəfini qoruyub, 2019-cu ildə U-20-nin heyətində Cənubi Amerika çempionu olub.