- Baxış sayı: 34
- 23 Mart 2025 13:29
- Baxış sayı: 49
- Mart 20, 2025
- 0
Azərbaycan premyer liqasının XXI turunun “Turan Tovuz”la oyununda (1:1) vurulan qol “Səbail” üçün əlamətdar olub.
Allsport.az xəbər verir ki, Bakı klubu ölkə çempionatlarında 100-cü səfər topuna imza atıb. Yubiley qolunu Madi Queta vurub.
Bu qol rəqib meydanlarındakı 113-cü matça təsadüf edib. “Səbail” Azərbaycan çempionatları tarixində səfərdəki qol sayı üç rəqəmlə ifadə olunan 19-cu komanda olub.
“Dənizçilər” ilk səfər qolunu 2017-ci il avqustun 13-də “Zirə” ilə oyunda (1:2) vurub. Həmin topun müəllifi Vüqar Nadirov olub.