- Baxış sayı: 147
- 14 Aprel 2026 21:53
- Baxış sayı: 140
- Aprel 14, 2026
- 0

Sərbəst güləş yığmamız Rusiyanın kurort şəhəri Kislovodskda təlim-məşqi davam etdirir. Allsport.az saytı xəbər verir ki, ayın 14-dən qonşu ölkədə hazırlıq keçən millimiz gündə 3 dəfə məşqə çıxır. 15-günlük toplanışda əsas diqqət fiziki hazırlığa ayrılıb. Yüklənmə fonunda çalışmanı davam etdirən bahadırlarımız həftədə 2 dəfə xalça üzərində də hazırlıq keçir.
Baş məşqçi Saypulla Absəidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sədrəddin Ayqubovun sərəncamında 16 güləşçi var. Komandaya AGF-nin vitse-prezidenti Firdovsi Umudov birbaşa nəzarət edir.