- Baxış sayı: 43
- 23 Oktyabr 2026 23:57
- Baxış sayı: 558
- Oktyabr 21, 2026
- 0

“Mançester Siti”nin hücumçusu Mahamadu Sanqare karyerasını Səudiyyə Ərəbistanında davam etdirəcək.
Allsport.az xəbər verir ki, 19 yaşlı forvard “Əl-Qadisiyyə”yə transfer olunub.
Fransa U-19 millisinin üzvü yeni komandası ilə 2029-cu ilin iyununadək nəzərdə tutulan müqavilə imzalayıb.
Sanqare ötən ilin yayında PSJ-dən “Mançester Siti”yə azad agent statusunda keçmişdi. Gənc hücumçu İngiltərə klubunun əsas komandasında rəsmi oyuna çıxmayıb.