“Robert Prosineçkidən dəvət almaq üçün klubumda özümü göstərməliyəm”

“İnter”in qapıçısı Səlahət Ağayev klubun saytına müsahibə verib. Allsport.az sizi həmin müsahibə ilə tanış edir.

– Səlahət, “Xəzər Lənkəran”la oyunda zədə almışdın. İndi vəziyyətin necədir?
-Yaxşıdır, məşqlərə başlamışam.

– Səni qarşıdakı oyunda görə biləcəyik?
– İnşallah. Məşq edirəm. Məşqçilər korpusu lazım bilsə, meydana çıxacağam. Ümumiyyətlə, “İnter”də qapıçı problemi yoxdur. Mən olmasam da, komandada yetərincə təcrübəli qapıçılar var.

– Milli komandanın yeni məşqçisinin adı açıqlandı. Yeni məşqçidən təklif gözləyirsən?
– Təbii ki, milli komandada oynamaq hər bir futbolçu üçün böyük şərəfdir. Klubda özümü yaxşı tərəfdən göstərməliyəm ki, dəvət alım.

– Milli komandanın son oyununda qapıda sən dayanmışdın. Necə düşünürsən, yeni məşqçi qarşıdakı oyunlarda sənə şans verəcək?
– Vacib olanı budur ki, milli komanda qalib gəlsin. Qapıda kimin qayanacağı o qədər də önəmli deyil. Kamran Ağayev kimi təcrübəli qapıçımız var. Qapıda kimin dayanacağını məşqçilər korpusu müəyyənləşdirir. Biz də onların qərarlarına hörmətlə yanaşırıq.

Həmin kateqoriyadan