Səmti müəyyən edənimiz O-Ringen Akademiyasına qatılıb

Hər il olduğu kimi, bu il də İsveçdə səmti müəyyən etmə üzrə “O-Ringen Academy” təşkil olunub. Allsport.az saytı xəbər verir ki, Skandinaviyada 1965-ci ildən etibarən fəaliyyət göstərən O-Ringen Akademiyası adı çəkilən idman növünün həm elmi həm də praktiki tərəfdən dərindən öyrənilməsi, dünyada geniş yayılması və inkişafı məqsədini daşıyır.

Keçirilən tədris kursunda iştirak üçün səmti müəyyən etmə üzrə Azərbaycan milli komandasının üzvü Süleyman Əliyev qatılıb. O-Ringen Akademiyasına qoşulmuş idmançımız beynəlxlaq səviyyəli mütəxəssislərin iştirakı ilə xəritəçilik, məşqçilik, yarış təşkilatçılığı üzrə seminarlarda, eləcə də meşə və dağlıq ərazilərdə texniki məşqlərdə iştirak edəcək.

İyul ayının 18-i Boras şəhərində tədbirin rəsmi açılış mərasimi təşkil olunub. Tədris və seminarlardan əlavə bu müddət ərzində “5-Days” yarışı da keçiriləcəkdir. 5 gün davam edəcək yarışda dünyanın 40-dan çox ölkəsinin idmançıları iştirak edəcəklər.

Həmin kateqoriyadan