Səudiyyə Ərəbistanından olan həmkarı ilə fikir mübadiləsi

İslam əməkdaşlıq təşkilatı ölkələrinin gənclər və idman nazirlərinin V konfransında iştirak edən gənclər və idman naziri Fərid Qayıbov, Səudiyyə Ərəbistanı krallığının idman naziri, şahzadə Əbdüləziz bin Turki Əl-Faysal ilə görüşüb.

Allsport.az saytı xəbər verir ki, söhbət zamanı o, konfransın Ciddə şəhərində təşkilindən məmnunluğunu ifadə edərək, ikitərəfli əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini vurğulayıb. Eyni zamanda Azərbaycanın sədrliyi dövründə gənclər və idman sahəsində görülmüş işlər barədə məlumat verib.

Görüş zamanı 2 ölkə arasında idman sahəsində əlaqələrin inkişaf perespektivləri müzakirə edilib.

Həmin kateqoriyadan