- Baxış sayı: 62
- 16 Oktyabr 2026 23:44
- Baxış sayı: 165
- Oktyabr 16, 2026
- 0

“Sabah” heyətinə daha bir futbolçu qatıb.
Allsport.az xəbər verir ki, braziliyalı hücumçu Karlos Eduardo Portuqaliyanın “Jil Visente” klubundan 1 illik icarəyə götürülüb.
İcarə müqaviləsində “Sabah”ın 24 yaşlı oyunçunun transfer hüquqlarını əldə etməsi üçün satınalma şərti də nəzərdə tutulub.
O, karyerası ərzində Braziliyanın “Bruske” (2020), Portuqaliyanın “Nasional” (U-19, 2020–2021), “Maritimu”nun “B” və əsas komandalarında (2021–2024), həmçinin “Felqeyraş”da (2024–2025) çıxış edib.