Şahin Diniyev: “Bütün məşqlərimiz “Zirə” ilə oyuna köklənmiş olacaq”

DÇ-2018-in seçmə mərhələsinin oyunları səbəbindən Premyer Liqada yaranmış fasilə müddətində “Kəpəz” iki mərhələli hazırlıq dövrü keçib. Allsport.az saytı xəbər verir ki, komanda həmçinin 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi və “Şərurspor” ilə yoxlama matçlarında qüvvəsini sınayıb. “Sarı-göylər”in baş məşqçisi Şahin Diniyev klub saytına Gəncə təmsilçisinin fasilə dövründəki hazırlığından bəhs edib:

“Çalışdıq ki, fasilə müddətindən səmərli istifadə edək. “İnter”lə çempionat oyunu komandanın formaya düşdüyünü, ritmi tutduğunu göstərdi. Çempionatda yaranan fasiləni sığortalamaq üçün hazırlıq dövrünü iki beş günlük mərhələyə böldük. İlk olaraq daha çox fiziki hazırlığın üzərində işlədik. Yorğunluq fonunda U-21 yığması yoxlama matçı keçirdik.

Bu oyunda iki heyətlə çıxış etməklə bütün futbolçulara meydana çıxmaq şansı verdik. Sonrakı mərhələdə taktiki hazırlığa üstünlük verib, yekunda “Şərurspor” ilə oynadıq. Fiziki çalışmalardan sonra hələlik, komandada müəyyən ağırlıq var. Bu həftə məşqlərimiz taktiki və texnik hazırlıq üzərində qurulub. Standartlar, hücum və müdafiə zamanı necə oynamalı olduğumuzun üzərində işləyəcəyik. Bütün məşqlərimiz “Zirə” ilə oyuna köklənmiş olacaq”.

Həmin kateqoriyadan