Şahmat olimpiadası üçün millimizin heyəti açıqlanıb

Şahmat olimpiadası üçün millimizin heyəti açıqlanıb

Sentyabrın 15-dən 27-dək Səmərqənddə keçiriləcək 46-cı ümumdünya şahmat olimpiadasında iştirak edəcək Azərbaycan milli komandalarının heyəti müəyyənləşib.

Allsport.az xəbər verir ki, kişilərdən ibarət yığmaya Şəhriyar Məmmədyarov, Aydın Süleymanlı, Məhəmməd Muradlı, Rauf Məmmədov və Eltac Səfərli dəvət olunub. Komandanın kapitanı Teymur Rəcəbov olacaq.

Qadınlardan ibarət millidə isə Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Xanım Balacayeva, Günay Məmmədzadə və Gülnar Məmmədova çıxış edəcək. Komandanın kapitanı Nicat Abasov olacaq. Tanınmış şahmatçı Qədir Hüseynov isə məşqçi kimi yığmaya dəstək verəcək.

Hər iki milli komanda yarış öncəsi təlim-məşq toplanışına cəlb olunacaq. Şahmatçıların lövhələr üzrə bölgüsü isə turnir ərəfəsində açıqlanacaq.

Həmin kateqoriyadan