- Baxış sayı: 29
- 22 Oktyabr 2026 23:56
- Baxış sayı: 462
- Oktyabr 21, 2026
- 0

“Liverpul”un hücumçusu Məhəmməd Salah İngiltərə premyer liqasında yeni rekorda imza atıb.
Allsport.az xəbər verir ki, o, XXXII turun “Vest Hem”lə oyununda 18-ci dəqiqədə Luis Diazın qol ötürməsi ilə fərqlənib.
Misirli futbolçu bu mövsüm premyer liqada 45 qolda iştirak edib (27 qol, 18 məhsuldar ötürmə). Bu, 38 turdan ibarət mövsümün rekord göstəricisidir.