- Baxış sayı: 55
- 08 May 2026 16:02
- Baxış sayı: 146
- May 08, 2026
- 0
Noyabrın 24-də Sankt–Peterburqda Nikolay Nikitinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında stolüstü tennis üzrə XV açıq turnirə start veriləcək. Allsport.az xəbər verir ki, ənənəvi olaraq keçirilən və bu ildən Beynəlxalq Stolüstü Tennis Federasiyasının təqviminə daxil edilən yarışın nəticələrinə əsasən, iştirakçıların beynəlxalq reytinq cədvəli müəyyən ediləcək.
Turnirdə Azərbaycanın yığma komandasının baş məşqçisi Aleksandr Zudov və məşqçi Mixail Timofeyevin rəhbərliyi altında Kənan Pənahov, Emin Məmmədov, Sadıq Sadiqov, Nəzakət Qarayeva və Zou Çuyi mübarizə aparacaqlar.
Yarışa noyabrın 29-da yekun vurulacaq.