Stolüstü tennisçimiz Fransadan medalla qayıdır

Stolüstü tennisçimiz Fransadan medalla qayıdır

Stolüstü tennis üzrə Fransanın Şiltiqheym şəhərində “Euro Mini Champs” yarışı keçirilib.

Allsport.az xəbər verir ki, Azərbaycan idmançısı Onur Quluzadə turnirdə fəxri kürsüyə yüksəlib.

2011-2012-ci il təvəllüdlü 128 idmançı arasında mübarizə aparan stolüstü tennisçimiz təsnifat mərhələlərini inamla adlayaraq mükafatlar uğrunda mübarizə aparıb. 1/16 finalda fransalı, 1/8-də bolqarıstanlı, 1/4 finalda daha bir fransalı rəqibinə qalib gələn Quluzadə yarımfinalda rumıniyalı rəqibinə uduzsa da, 3-cü yer uğrunda görüşdə Çexiya idmançısını üstələyərək yarışın bürünc medalına layiq görülüb.

Kiçik Avropa çempionatı da adlandırılan yarışdakı digər təmsilçimiz Yağmur Məmmədli isə 96 iştirakçı arasında 12-ci yeri tutub.

Həmin kateqoriyadan