“Sumqayıt” 3-cü dövrənin qalibidir

Premyer liqada mövsümünün 3-cü dövrəsinə yekun vurulub. Allsport.az saytı xəbər verir ki, ilin arxada qalan hissəsinə təsadüf edən dövrənin ən yaxşısı “Sumqayıt” olub. Məğlubiyyət acısı yaşamayan Samir Abbasovun komandası hamıdan çox – 15 toplamaqla yanaşı, qol sayında (10) da hamını qabaqlayıb.
“Sumqayıt” qədər – 4 qələbə qazanan “Neftçi” 14 xalla 2-ci olub. Dövrənin qalibi kimi, uduzmayan “Qarabağ” 13 xal toplayıb. Ağdamlılar hamıdan az – cəmi 2 top buraxıblar. 2018-ci ilin uğursuzları “Kəpəz” və dövrəni qələbəsiz başa vuran “Zirə” son 7 turda hərəyə 4 xal qazanıb.
Qeyd edək ki, dövrənin 28 qarşılaşmasında 54 qol vurulub. Orta məhsuldarlıq 1,93-ə bərabərdir.

Həmin kateqoriyadan