- Baxış sayı: 62
- 16 Oktyabr 2026 23:44
- Baxış sayı: 165
- Oktyabr 16, 2026
- 0

21 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası təlim-məşq toplanışı çərçivəsində ikinci yoxlama görüşünü keçirib.
Allsport.az xəbər verir ki, U-21 Sumqayıtda Monteneqronun müvafiq yaş qrupundan ibarət kollektivi ilə qarşılaşıb.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunan matç 0:0 hesablı heç-heçə başa çatıb.
Milli toplanış çərçivəsində ilk yoxlama görüşünü səfərdə Belarus yığmasına qarşı (1:3) keçirib.