“Təslim olmayan, amansız mücadilə verən rəqib var idi”

Premyer liqanın sonuncu turunda “Zirə” evdə “Səbail”i 1:0 məğlub edib. Allsport.az xəbər verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov oyun haqda danışıb:

“Çox emosional oyun idi. Futbolçularım son saniyələrə qədər soyuqqanlı şəkildə, ürəkdən mübarizə apardılar. Təslim olmayan, amansız mücadilə verən rəqib var idi. Son saniyələr elə keçdi ki, biz qol buraxsaydıq, avrokuboklardan kənarda qala bilərdik”.

Həmin kateqoriyadan