Türkiyəli nümayəndələrlə görüş

Gənclər və idman nazirliyi ilə Türkiyə gənclər və idman nazirliyi arasında 2024-cü ildə imzalanmış protokola əsasən, Bakıda “Məşqçi təlimi” mübadiləsi proqramı keçirilir.

Allsport.az xəbər verir ki, proqrama uyğun olaraq, 8 nəfərdən ibarət Türkiyə nümayəndə heyətinin bir sıra görüşləri təşkil olunur.

Bu gün AFFA-nın təhsil və reabilitasiya mərkəzində görüş baş tutub, “Məşqçi təlimində proqramlaşdırma sistemi” mövzusunda dinləmələr olub. Tədbirdə AFFA-nın texniki direktoru Cahangir Həsənzadə və təhsil şöbəsinin rəhbəri Aslan Kərimov da iştirak ediblər.
“Məşqçi təlimi” mübadiləsi proqramı əsasında Türkiyə gənclər və idman nazirliyinin nümayəndələri mayın 16-dək Bakıda görüşlər keçirəcəklər.

Ötən ilin aprelin 24-27-də İstanbulda gənclər və idman sahəsində əməkdaşlıq işçi qrupunun 2-ci iclası keçirilib və bu çərçivədə protokol imzalanıb.

Həmin kateqoriyadan