- Baxış sayı: 102
- 26 İyul 2026 13:23
- Baxış sayı: 221
- Avqust 05, 2026
- 0

Beynəlxalq dərəcəli köməkçi hakim Sevda Nuriyeva UEFA-dan növbəti təyinat alıb.
Allsport.az xəbər verir ki, o, qadın futbolçular arasında çempionlar liqasının birinci təsnifat mərhələsi çərçivəsində 1-ci qrupun iki oyununda köməkçi hakim funksiyasını yerinə yetirəcək.
S.Nuriyeva əvvəlcə iyulun 30-da yarımfinal mərhələsinin “Flora” (Estoniya) – “Riqa” (Latviya) görüşündə maltalı baş hakim Yoanna Vassallonun köməkçisi olacaq. Avqustun 2-də isə qrupun həlledici matçları baş tutacaq. Sevda Nuriyeva yarımfinal mərhələsinin məğlub komandaları arasında təşkil olunacaq 3-cü yer uğrunda qarşılaşmada sloveniyalı baş hakim Tyaşa Misyanın başçılıq etdiyi briqadada yer alacaq.
1-ci qrupun bütün oyunları Lüksemburqdakı “Axill Hammerel” stadionunda keçiriləcək.