Uğur Çiftçi: “Allah qoysa, güclü olan qazanar”

“Sivasspor”un futbolçusu Uğur Çiftçi qitə liqasının “İ” qrupunun 3-cü turunda “Qarabağ”la oyun barədə açıqlama verib. Allsport.az saytı xəbər verir ki, türkiyəli müdafiəçi sahəyə yalnız qələbə üçün çıxacaqlarını deyib:

“Azərbaycan bizim dost ölkəmizdir. Bir ölkə olaraq hər zaman onların yanındayıq. Yaxşı bir matç olacaq, Allah qoysa, güclü olan qazanar. Amma üstün tərəf biz olmaq istəyirik.

İçəridə yaxşı oynamaq və yaxşı nəticələr əldə etmək istəyirik. İnşallah, bu matçla başlamaq niyyətindəyik. Uğur zolağını bundan sonra oynayacağımız “Qalatasaray”la görüş davam etdirmək istəyirik”.

Həmin kateqoriyadan