- Baxış sayı: 9
- 16 Oktyabr 2026 19:17
- Baxış sayı: 273
- Oktyabr 14, 2026
- 0

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun yeni klubu məlum olub.
Allsport.az xəbər verir ki, 27 yaşlı futbolçu “Bukovina”ya keçib.
Renatla 1+1 illik müqavilə imzalanıb.
Son ünvanı “Motor” (Polşa) olan Dadaşov karyerası ərzində Portuqaliyanın “Eştoril”, “Pasuş de Ferreyra”, “Tondela”, İsveçrənin “Qrasşopper”, İngiltərənin “Vulverhempton”, Türkiyənin “Hatayspor” və “Ankaragücü” klublarında çıxış edib.
Renat Azərbaycan yığmasında 45 oyunda 7 qol vurub.
“Bukovina” Ukrayna premyer liqasında 5 turdan sonra 6 xalla 8-ci sıradadır.