Ürəyindən əməliyyat olunub

Ürəyindən əməliyyat olunub

“Napoli”nin yarımmüdafiəçisi Skott Maktominey əməliyyat olunub.

Allsport.az xəbər verir ki, şotlandiyalı futbolçunun Mançesterdə baş tutan əməliyyatı uğurlu keçib.

29 yaşlı oyunçu təxminən 2 həftə sonra məşqlərə başlaya biləcək.

“Napoli” Skott Maktomineyi 2024-cü ilin yayında “Mançester Yunayted”dən 30,5 milyon avroya transfer edib. Şotlandiya millisinin üzvü cari mövsümdə Neapol təmsilçisinin heyətində 2 rəsmi matçda meydana çıxıb.

Həmin kateqoriyadan