WKF-in konqresində bizdən xatirə hədiyyələri

Almaniyanın Bremen şəhərində 22-ci dünya çempionatından əvvəl Dünya Karate Federasiyasının növbəti konqresi keçirilib. Allsport.az saytı xəbər verir ki, 120-dək ölkə nümayəndələrinin iştirakı ilə konqresdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxın video müraciəti dinlənilib. O bildirib ki, idman növləri arasında xüsusi populyarlığı olan karate idmanı Olimpiya oyunlarının proqramına layiqli namizədlərdən biridir və bu sahədə fəallıq getdikcə daha çox özünü göstərməkdədir.

WKF prezidenti Antonio Espinosun giriş niqtindən sonra, konqres gündəlikdə duran məsələlərin həlli ilə davam etdirilib. Toplantı ərəfəsində Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov və 1-ci vitse-prezident İlham Qasımzadə müxtəlif ölkələrin karate federasiyalarının rəhbərli ilə görüşdə faydalı diskussiyalar aparıblar. Konqresdən əvvəl həmçinin yığıncağın keçirildiyi məkanda xüsusi guşədə Azərbaycanın müxtəlif sahələrdə inkişafını əks etdirən məlumat bukletləri və baş sponsor Azərbaycan Beynəlxalq Bankı tərəfindən xatirə hədiyyələri təqdim edilib.

Həmin kateqoriyadan