“Xəzər adaları” “Kayrat”la qardaşlaşır

Qazaxıstanın “Kayrat” klubunun prezidenti Kayrat Orazbekov başda olmaqla klubun idarə heyəti “Xəzər adaları”nın icraçı direktoru Fuad Qəmbərovla baş məşqçi Elnur Qəmbərovu klubun bazasında yerləşən ofisində qəbul edib. Allsport.az xəbər verir ki, görüşdə iki klub arasında münasibətlərin daha sıx və qardaşlıq müstəvisinə keçirilməsi razılaşdırılıb.

Daha sonra iki tərəf bir-birinə xatirə hədiyyələri təqdim ediblər. Xüsusilə Orazbekovun “Xəzər adaları”nın prezidenti Hacı İbrahim Nehrəmliyə klublar arası dünya çempionluğunun qızıl medalını hədiyyə etməsi xüsusi vurğulanmalıdır. Fuad Qəmbərov isə “Avesta Konsern”in həyata keçirdiyi “Khazar İslands” yeni şəhər layihəsi haqda geniş məlumat verib və layihəylə bağlı hazırlanmış xüsusi albomu qonaqlara hədiyyə edib. Tədbirin sonunda xatirə şəkilləri çəkdirilib.

Həmin kateqoriyadan