Xorvatiya millisinin müdafiəçisi bizimlə oyunda uğursuzluğa bəhanə gətirdi

Xorvatiya millisinin müdafiəçisi Domaqoy Vida Avropa çempionatı-2016-nın seçmə mərhələsində Azərbaycana qarşı Bakıda keçirdikləri oyunu xatırlayıb. Allsport.az saytı xəbər verir ki, o, qolsuz bitən görüşlə bağlı bunları söyləyib:

“Biz seçmə mərhələyə çox yaxşı başlamışdıq. Hətta İtaliyanı da qabaqladığımız dövrlər var idi. Amma Azərbaycan və Norveçlə oyunlardakı ardıcıl iki uğursuzluq bizim üçün böyük zərbə oldu. Hətta baş məşqçimizi də itirdik. Təbii ki, bu uğursuzluqlara görə bizə qarşı çoxlu tənqidlər var idi.

Hesab edirəm ki, bu tənqidlər haqlı idi. Azərbaycanla oyundakı xal itkisini qazonun pis vəziyyətdə olması ilə izah etmək olarsa, Norveçlə qarşılaşmaya yaxşı köklənə bilməmişdik”.

Həmin kateqoriyadan