- Baxış sayı: 49
- 22 Oktyabr 2026 23:56
- Baxış sayı: 498
- Oktyabr 21, 2026
- 0

“Benfika” yarımmüdafiəçisi Riçard Riosla yollarını ayırıb.
Allsport.az xəbər verir ki, Kolumbiya millisinin 26 yaşlı futbolçusu Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçib.
Rios mövsümün sonunadək icarə əsasında bu komandanın formasını geyinəcək.
Yarımmüdafiəçi ötən mövsüm Portuqaliya çempionatında 27 oyunda 5 qol vurub və 4 məhsuldar ötürmə edib.