- Baxış sayı: 37
- 22 Oktyabr 2026 23:56
- Baxış sayı: 466
- Oktyabr 21, 2026
- 0

“Yuventus”un müdafiəçisi Pyer Kalulu “A” seriyasının 36-cı turunda “Latsio” ilə oyunda (1:1) qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb. Allsport.az xəbər verir ki, fransalı futbolçu matçın 60-cı dəqiqəsində qeyri-idman hərəkətinə görə qırmızı vərəqə alıb.
Beləliklə, Kalulu mövsümün qalan oyunlarını – “Udineze” və “Venesiya” ilə görüşləri buraxacaq. Matşlar mayın 18 və 25-də baş tutacaq.
Kalulu Turin klubunda “Milan”dan icarə əsasında çıxış edir. Bu mövsüm o, 39 oyun keçirib və 1 qol vurub.