Zaretskadan xoş ənənə: Stadnik də Azərbaycan himnini oxudu

Birinci Avropa Oyunlarında keçirilmiş qadınların karate yarışlarında qızıl medal qazanan İrina Zaretska (68 kq) dövlət himnini oxumaqla nəinki yerli ictimaiyyətin rəğbətini qazandı, həm də legioner idmançılarımız arasında xoş ənənə qoydu.

Allsport.az saytı xəbər verir ki, buna qədər əcnibi atletlərimiz fəxri kürsünün ən yüksək pilləsinə qalxarkən, himnimizi oxumur, sadəcə, dinləyirdilər. Amma Zaretskanın bu jesti digər legionerləri də hərəkətə gətirib. Dünən qadınların mübarizəsində baş mükafata sahib çıxan Mariya Stadnik (48 kq) ilk dəfə Azərbaycan himnini oxudu.

Həmin kateqoriyadan