Əl Xəlaifi satmaq istəmir, Kampos isə razıdır

“Əl Hilal” Marko Verrattinin transfer etməyə çalışır.

Allsport.az xəbər verir ki, Yaxın Şərq klubunun nümayəndələri keçidlə bağlı danışıqlar aparmaq ümidi ilə Parisə gəliblər. Təklif hələ verilməyib, lakin danışıqlar davam edir.

PSJ-nin prezidenti Nasir əl Xəlaifi italyalını komandanın ən yaxşı oyunçularından biri hesab edir və onu satmaq istəmir, lakin idman müşaviri Luis Kampos isə razılaşmaya hazırdır.

Marko özü də şəxsi söhbətlərdə komanda dəyişikliyinin mümkünlüyünü artıq qeyd edib. 

2022/23 mövsümündə liqa 1-də Verratti 29 oyun keçirib.

Həmin kateqoriyadan