Ərəb klubuna keçə bilər

Səudiyyə Ərəbistanı klubları “Mançester Yunayted”in və Braziliya millisinin yarımmüdafiəçisi Kazemironu transfer etməkdə maraqlıdır.

Allsport.az xəbər verir ki, “qırmızı şeytanlar” futbolçu üçün sərfəli təklifləri nəzərdən keçirməyə hazırdırlar. Klub rəhbərliyi hesab edir ki, Kazemironun satışı “Old Trafford”un yenidən qurulmasını maliyyələşdirməyə kömək edəcək.

O, 2022-ci ilin yayından Mançester təmsilçisində çıxış edir. Onun müqaviləsi 2026-cı ilin yayında başa çatır. Bu mövsüm 31 yaşlı yarımmüdafiəçi bütün turnirlərdə 12 oyun keçirib, 4 qol, 1 məhsuldar ötürmə və 4 sarı vərəqə ilə yadda qalıb.

Həmin kateqoriyadan