- Baxış sayı: 52
- 29 Oktyabr 2026 23:44
- Baxış sayı: 141
- Oktyabr 25, 2026
- 0

Rusiyalı tennisçi Daniil Medvedev Vyanada keçirilən ATP-500 turnirində 1/4 finala yüksəlib.
Allsport.az xəbər verir ki, 2021-ci ilin “ABŞ açıq” çempionu ikinci raundda Böyük Britaniya təmsilçisi Kemeron Norriyə qalib gəlib. Dünya reytinqinin beşinci pilləsində qərarlaşan Medvedev görüşü 6:4, 3:6, 7:6 (7:1) hesabı ilə başa vurub.
Yarımfinala vəsiqə uğrunda Medvedev fransalı Adrian Mannarino ilə qarşılaşacaq. Dünya reytinqində 73-cü yerdə olan Mannarino ilə görüşdə rusiyalı tennisçi növbəti mərhələyə adlamağa çalışacaq.