Mövsümü vaxtından əvvəl başa vurub

Mövsümü vaxtından əvvəl başa vurub

Dünya reytinqinin 9-cu pilləsində qərarlaşan polşalı tennisçi İqa Şventek 2026-cı il mövsümünü vaxtından əvvəl başa vurub.

Allsport.az xəbər verir ki, o, bud nahiyəsindəki zədə səbəbindən Ninqbo turnirindən çəkilib.

Bu səbəbdən tennisçi mövsümün yekun turnirinə vəsiqə qazanmaq şansını da itirib.

Şventek qərarını son illərin onun üçün çətin keçməsi və fiziki cəhətdən tam bərpa olunmaq ehtiyacı ilə izah edib. O, gələn mövsüm kortlara daha böyük motivasiya ilə qayıtmaq istədiyini bildirib.

Həmin kateqoriyadan