19 yaşlılarımız Polşayla qarşılaşır

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün qrupda son oyununu keçirəcək.

Allsport.az xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 17:00-da İtaliyada keçiriləcək oyunda Polşa yığması ilə qarşılaşacaq.

Qarşılaşmanı Şimali İrlandiyadan olan hakim idarə edəcək. Matçın baş hakimi Louise Thompson olacaq. Ona Viktoria Finlay (Şimali İrlandiya) və Doriana Lo Calio (İtaliya) kömək edəcəklər. 4-cü hakim funksiyasını italiyalı Silvia Gasperotti yerinə yetirəcək.

Həmin kateqoriyadan