“Benfika” Ramosu 80 milyona satacaq

“Mançester Yunayted” “Benfika”nın hücumçusu Qonzalo Ramosu almaq üçün təxminən 80 milyon avro ödəməli olacaq.

Allsport.az xəbər verir ki, Portuqaliya təmsilçisinin prezidenti Rui Kosta artıq adı açıqlanmayan klubun 60 milyon avroluq təklifini rədd edib.

Rəhbər, “Mançester Yunayted” və PSJ kimi komandaların tələb olunan pulu ödəməyə hazır olacaqlarından əmindir.

2022/23 mövsümündə Portuqaliya çempionatında Ramos 30 oyuna çıxıb və 19 qol vurub.

Həmin kateqoriyadan