2 ay oynamayacaq

2 ay oynamayacaq

“Mançester Siti”nin cinah hücumçusu Antuan Semenyo zədə səbəbindən 2 aya yaxın yaşıl meydanlardan uzaq qala bilər.

Allsport.az xəbər verir ki, qanalı futbolçunun təxminən səkkiz həftə meydana çıxması gözlənilmir.

26 yaşlı vinger İngiltərə premyer liqasının VII turunda “İpsviç”lə keçirilən və 3:2 hesabı ilə başa çatan matçda zədələnib.

Semenyo cari mövsümdə “Mançester Siti”nin heyətində 10 oyunda meydana çıxıb, 2 qol vurub və 3 məhsuldar ötürmə ilə yadda qalıb.

Həmin kateqoriyadan