SSRİ-nin əməkdar məşqçisi vəfat edib

SSRİ-nin əməkdar məşqçisi vəfat edib

SSRİ idman ustası, RSFSR-in velosiped idmanı üzrə əməkdar məşqçisi Vladimir Silivanoviç 93 yaşında vəfat edib.

Allsport.az xəbər verir ki, o, 1957-ci ildə Omsk dövlət bədən tərbiyəsi institutunu bitirib və peşəkar fəaliyyətini həmin ali təhsil müəssisəsinə həsr edib.

O, 1965-ci ildə velosiped və konkisürmə idmanı üzrə birləşdirilmiş kafedraya rəhbərlik etməyə başlayıb. Yetirmələrinin uğurları sayəsində 1967-ci ildə müstəqil velosiped idmanı kafedrasının yaradılmasına nail olub. Silivanoviç həmin kafedraya 20 ildən artıq müddətdə rəhbərlik edib.

Vladimir Silivanoviç həmçinin SSRİ milli komandasının məşqçilər heyətində yer alıb.

Həmin kateqoriyadan