- Baxış sayı: 43
- 20 Oktyabr 2026 23:55
- Baxış sayı: 399
- Oktyabr 20, 2026
- 0

“Komo”nun baş məşqçisi Ses Fabreqas UEFA çempionlar liqasının qrup mərhələsinin III turunda “Mançester Yunayted”ə qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, ispaniyalı mütəxəssis İngiltərə təmsilçisi ilə qarşılaşmanı komandası üçün xüsusi hadisə adlandırıb:
“Bu, əla komandadır. Cəmi üç il əvvəl “B” seriyasında çıxış edəndə “Mançester Yunayted”in stadionumuza gələcəyini təsəvvür etmək belə mümkün deyildi. Amma çərşənbə günü məhz bu baş verəcək. Bu, bizim üçün arzunun gerçəkləşməsidir. Bu fürsətdən yararlanmağa çalışacağıq.
Belə möhtəşəm oyunlara hazırlaşmaq çox gözəldir. Ancaq bir dəqiqə belə unutmamalıyıq ki, “A” seriyası bizim üçün ən vacib məsələdir.
Hər gün inkişafımız yolunda mühüm addımdır. Biz yeni klubuq. Bunu tariximizin olmaması mənasında demirəm. Sadəcə, üç il əvvəl hər şeyə sıfırdan başladıq.
Buna görə də müxtəlif məsələlərlə bağlı qərarlar verərkən çox ehtiyatlı olmalıyıq”.