- Baxış sayı: 42
- 20 Oktyabr 2026 23:55
- Baxış sayı: 399
- Oktyabr 20, 2026
- 0

“Qalatasaray” çempionlar liqasının əsas mərhələsinin III turunda “Lill”lə səfərdə üz-üzə gələcək.
Allsport.az xəbər verir ki, İstanbul təmsilçisi son günlərdə Fransada baş verən kütləvi iğtişaşlardan narahatdır.
Klub bununla bağlı UEFA-ya müraciət edib və əlavə təhlükəsizlik tədbirlərinin görülməsini istəyib.
“Qalatasaray” qurumdan klub əməkdaşları, futbolçular və azarkeşlərinin rahatlığının təmin olunacağına dair zəmanət tələb edib.
Fransanın müxtəlif bölgələrində tələbələrin iğtişaşı davam edir. Lill şəhərində də bir neçə mağaza qarət olunub, obyektlər dağıdılıb.
Sabah keçiriləcək “Lill” – “Qalatasaray” oyununa 20:45-də start veriləcək.