- Baxış sayı: 49
- 20 Oktyabr 2026 17:28
- Baxış sayı: 400
- Oktyabr 20, 2026
- 0

Azərbaycan cüdo federasiyasının (ACF) hakimlər komitəsinin təşkilatçılığı ilə növbəti təcrübə məşğələsi keçirilib.
Allsport.az saytı xəbər verir ki, komitə sədri Natiq Bağırov, menecer Mətin Rəhimli və bu qurumun üzvü Abbas Şahverdiyevin rəhbərliyi ilə tədbirin əsas məqsədi Bakıda keçirilmiş cüdo üzrə dünya çempionatında hakimlik təcrübəsi əsasında əldə olunan yeni biliklərin, qaydalara edilən düzəlişlərin və aktual yanaşmaların yerli hakimlərə çatdırılması olub.
Seminar zamanı dünya çempionatında qeydə alınan müxtəlif hakimlik məqamları təhlil edilib, qaydaların tətbiqi ilə bağlı yeniliklər və təcrübi məsələlər ətrafında fikir mübadiləsi aparılıb.