- Baxış sayı: 43
- 20 Oktyabr 2026 23:55
- Baxış sayı: 399
- Oktyabr 20, 2026
- 0

PSJ-nin baş məşqçisi Luis Enrike UEFA çempionlar liqasının liqa mərhələsinin III turunda “Barselona” ilə keçiriləcək oyun öncəsi rəqibin hücumçusu Lamin Yamalın qarşısını almaq yollarından danışıb.
Allsport.az xəbər verir ki, ispaniyalı mütəxəssis bunun üçün topa sahib olmağın vacibliyini dilə gətirib:
“Laminə qarşı müdafiə olunmağın ən yaxşı yolu topa sahib olmaqdır. Beləliklə, top rəqibdə olmayacaq. Keyfiyyətli futbolçuları olan komandaya qarşı müdafiə olunmaq üçün komanda şəklində ondan üstün olmalısan.
“Barselona”nın çatışmazlıqları? İdeal komanda yoxdur. “Barselona”ya qarşı mübarizə aparmaq üçün öz gücümüzə inanırıq. Bu, əla sınaqdır”.
PSJ – “Barselona” qarşılaşması bu gün keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.