Cəzasının yüngülləşdirilməsini istəyib

Cəzasının yüngülləşdirilməsini istəyib

Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu milli komandanın düşərgəsini icazəsiz tərk etməsi ilə bağlı iş üzrə cəzasının yüngülləşdirilməsini istəyib.

Allsport.az xəbər verir ki, yerli federasiya daha əvvəl 41 yaşlı futbolçunu 30 gün müddətinə diskvalifikasiya edib və 255 avro məbləğində cərimələyib.

Ronaldu futbol qarşısındakı xidmətlərinin, idman nailiyyətlərinin və mükafatlarının yüngülləşdirici hal kimi nəzərə alınmasını xahiş edib. O, həmçinin hadisənin bütün təfərrüatlarının müəyyənləşdirilməsinə həlledici töhfə verdiyini bildirib.

Portuqaliyalı hücumçu arqumentlərini əsaslandırarkən milli komandada oyun və qol sayına görə rekordlarını, yığma tarixinin ən gənc kapitanı statusunu, 2015-ci ildə əsrin ən yaxşı portuqaliyalı futbolçusu seçilməsini, beş “Qızıl top” və dörd “Qızıl buts” mükafatını, eləcə də ölkəsinin dövlət təltiflərini xatırladıb.

Bundan başqa, Ronaldu oktyabrın 6-da yayımladığı bəyanatın da hadisənin hallarının müəyyənləşdirilməsinə kömək kimi qiymətləndirilməsini istəyib.

Portuqaliya futbol federasiyasının İntizam Şurası ilk iki arqumenti nəzərə alsa da, futbolçunun araşdırmaya həlledici töhfə verməsi ilə bağlı iddiasını qəbul etməyib. Qurum hesab edib ki, hadisənin bütün təfərrüatlarını Ronaldunun xüsusi köməyi olmadan da müəyyənləşdirmək mümkün idi.

Həmin kateqoriyadan