2-ci MDB oyunlarının iştirakçıları ilə görüş

Belarusda 2-ci MDB oyunlarında ölkəmizi təmsil edəcək idmançılarımızın hazırlığı və yarışlarda iştirakı ilə bağlı gənclər və idman nazirliyində görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirə avqustun 4-də start veriləcək.

Azərbaycan 16 idman növündə – bədii gimnastika (9 nəfər), güllə atıcılığı (8 nəfər), yunan-Roma güləşi (10 nəfər), sərbəst güləş (10 nəfər), qadın güləşi (6 nəfər), çimərlik futbolu (12 nəfər), atletika (8 nəfər), cüdo (28 nəfər), boks (16 nəfər), kamandan oxatma (5 nəfər), ağır atletika (6 nəfər), minifutbol (14 nəfər), üzgüçülük (5 nəfər), muaytay (11 nəfər), karate (22 nəfər), sambo (7 nəfər) üzrə ümumilikdə 177 idmançı ilə təmsil olunacaq.

Azərbaycan nümayəndə heyəti paytaxt Minskə ayın 3-ündə çarter reysi ilə yola düşəcək, avqustun 14-də isə Vətənə qayıdacaq. Oyunların açılışı avqustun 5-ində, bağlanışı avqustun 13-ündə keçiriləcək. Açılış mərasimində Azərbaycan bayrağını bədii gimnastımız Kamilla Qafarova və çimərlik futbolu üzrə idmançımız Elşad Manafov daşıyacaqlar.

Həmin kateqoriyadan