3-cü Avropa oyunlarına həsr olunan mətbuat konfransında Rusiya – Ukrayna savaşı müzakirə olundu

Krakov Malopolska-2023 üçüncü Avropa oyunları ilə bağlı Krakov konqres mərkəzində mətbuat konfransı keçirildi. Allsport.az saytı xəbər verir ki, çıxış edənlər digər 2 tədbir kimi, bu yarışın təşkilatçılığı yüksək qiymətləndirirdilər. Yerli idman məmurları bu səviyyəyə çatmaqda himəyadarlarla təşəkkürünü bildirdilər.

Qeyd olundu ki, pandemiya, sonra Ukrayna və Rusiya arasında müharibə üzündən belə çətin dönəmdə böyük tədbir keçirmək asan deyil. Bütün çətinliklərə sinə gəldiklərinə görə zəhməti olan hər kəsə minnətdarlıq ifadə olundu.

3-cü Avropa oyunlarının rəsmi açılışı sabah 22:30-da “Visla” stadionunda başlayacaq. 13 şəhərdə 30 idman növü üzrə yarışlar keçiriləcək və iyulun 3-nədək davam edəcək.

Həmin kateqoriyadan