- Baxış sayı: 26
- 22 İyun 2026 15:13
- Baxış sayı: 28
- İyun 22, 2026
- 0

Premyer Liqada keçirilən son turdan sonra “İnter” klubunun heyəti istirahətə buraxılıb. Allsport.az saytı xəbər verir ki, “bankçılar” iyunun 18-dən “İnter Arena”da toplaşaraq növbəti mövsümə hazırlaşacaq. Müqavilə müddəti başa çatmış futbolçularla yeni razılaşma əldə olunub.
Belə ki, Şahin Zəkiyev (3 il), Sərtan Daşqın (2 il), Aqşin Quluzadə (3 il), Mirhüseyn Seyidovla (2 il) və Nizami Hacıyevlə (1 il) müqavilələr yenilənib. Digər futbolçularla danışıqlar gedir.