50-yə çatdı

İngiltərə çempionatının 11-ci turunun matçında “Mançester Yunayted” “Fulhem”ə 1:0 hesabı ilə qalib gəlib.

Allsport.az xəbər verir ki, “qırmızı şeytanlar”ın baş məşqçisi Erik ten Haq üçün bu qələbə onun komandanın sükanı arxasında 50-ci qələbəsi olub.

Niderlandlı mütəxəssis bu göstəriciyə 78 matçda çatıb və klub rekordunu təkrarlayıb.

Bundan əvvəl Ernest Manqnall da 78 oyunda 50 qələbə qazanmışdı. Joze Mourinyo 81, Ole Qunnar Solskjaer isə buna 92 oyun ərzində nail olmuşdu.

Həmin kateqoriyadan