- Baxış sayı: 80
- 04 May 2026 22:56
- Baxış sayı: 283
- May 07, 2026
- 0
AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 21-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar çıxarılıb:
“Simurq” – “Qəbələ” matçında “Qəbələ”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub.
“Bakı” – “Sumqayıt” matçının 80-cı dəqiqəsində “Bakı”nın futbolçusu Rüstəm Rüstəmli idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalanıb, klubu 100 manat cərimə olunub.