AFFA-nın baş katibi Tino Perezlə görüşüb

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov, Futzal federasiyasının prezidenti Zaur Axundov və yığmamızın sabiq baş məşqçisi Tino Perezin iştirakı ilə görüş keçirilib. Allisport.az saytı xəbər verir ki, toplantıda yığmamızın son oyunlarda əldə etdiyi uğurlardan danışılıb.

Elxan Məmmədov AFFA rəhbərliyi adından Tino Perezə gördüyü işlərə və milli komandaya qazandırdığı uğurlara görə təşəkkür edib, gələcək fəaliyyətində ona uğurlar arzulayıb. Baş katib ispaniyalı mütəxəssisi bu il sentyabrın 10-dan oktyabrın 2-dək Kolumbiyada təşkil olunacaq dünya çempionatının final mərhələsinə qonaq qismində dəvət edib.

Həmin kateqoriyadan