- Baxış sayı: 66
- 04 Avqust 2026 20:27
- Baxış sayı: 222
- Avqust 05, 2026
- 0

Albaniya millisi ilə Fransada keçirilən AÇ-2016-nın final mərhələsində çıxış edən Ansi Aqolli dünən axşam saatlarında “Qarabağ”ın Avstriyada davam edən təlim-məşq toplanışına qatılıb.
Allsport.az saytı xəbər verir ki, sol cinah müdafiəçisi bu gündən etibarən məşqlərdə iştirak edəcək. O, Avropa çempionatı-2016-da Albaniya millisi ilə 3 oyunda (2 oyunda kapitan kimi) meydanda olub.
Onun komandası son anda 1/8 finala vəsiqəni əldən verdi. Aqolli Azərbaycan çempionatları tarixində belə mötəbər turnirdə iştirak edən ilk futbolçu olub.