- Baxış sayı: 43
- 03 Avqust 2026 23:44
- Baxış sayı: 74
- Avqust 04, 2026
- 0

Avqustun 20-də gənclər və idman naziri Fərid Qayıbov, Albaniya milli olimpiya komitəsinin prezidenti Fidel İlli, Avropa ağırlıqqaldırma federasiyasının prezidenti Astrit Həsəni və Albaniya gimnastika federasiyasının prezidenti Leonard Lulayı qəbul edib.
Allsport.az saytı xəbər verir ki, görüşdə idman sahəsində əməkdaşlıq imkanları, təcrübə mübadiləsi və müxtəlif idman növlərinin inkişafına dair məsələlər müzakirə olunub. Həmçinin beynəlxalq yarışların təşkili, əlaqələrin genişləndirilməsi istiqamətində əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Toplantıda Azərbaycan ağırlıqqaldırma federasiyasının prezidenti Kamran Nəbizadə də iştirak edib.