- Baxış sayı: 37
- 25 Avqust 2026 16:11

- Baxış sayı: 404
- Avqust 20, 2026
- 0


“Real Madrid”in yetirməsi Serxio Arribas karyerasını Almaniyada davam etdirə bilər.
Allsport.az xəbər verir ki, Madrid klubunun yarımmüdafiəçisi Dortmund “Borussiya”sı, “Ayntraxt”, “Leyptsiq” və “Bavariya”nın diqqətini çəkib.
Dortmund klubu 21 yaşlı futbolçunu transfer etmək üçün favoritdir.
Arribasın özü “Real Madrid”in əsas komandasında möhkəmlənmək istəyir, lakin yarımmüdafiə xəttində çox sayda oyunçu olduğundan bunu etmək çox çətin olacaq.
Serxio ötən mövsüm “kral” klubunun heyətində 36 oyuna çıxıb, 20 qol vurub və 7 məhsuldar ötürmə verib.